İlham Əliyev Avropa Oyunlarında qalib gələn güləşçilərin mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Oyunlarında 71 kiloqram çəki dərəcəsində qalib gələn güləşçilərin mükafatlandırma mərasimində iştirak edib.

Trend-in məlumatına görə, bu çəki dərəcəsində qızıl medalı azərbaycanlı güləşçi Rəsul Çunayev qazanıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Rəsul Çunayev çempionluq adı uğrunda mübarizədə Macarıstan idmançısı Balint Korpası ilə qarşılaşıb.

Rəqibini 4:2 hesabı ilə məğlub edən pəhləvanımız I Avropa Oyunlarının qızıl medalına sahib olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31