İlk qızıl medal qazanan azərbaycanlı idmançı: “Bu hissi sözlə ifadə etmək çox çətindir”

"Mən komandamıza ilk qızıl medalı qazandırdığıma görə çox xoşbəxtəm. Bu hissi sözlə ifadə etmək çox çətindir".Bu sözləri apasport.az saytına karate üzrə yığma komandamızın üzvü Firdovsi Fərzəliyev deyib.Fərzəliyev Azərbaycan millisinin heyətində Bakı-2015 I Avropa Oyunlarında ilk qızıl medalı qazanan idmançı olub.60 kq çəkidə rəqib tanımayan karateçi bildirib ki, uğurunun təməlində yorulmadan etdiyi məşqlər və özünəinam dayanır: "Başda Rəhman müəllim olmaqla bütün müəllimlərinə təşəkkür edirəm. Bu medal 6 ay yorulmadan etdiyimiz məşqlərin nəticəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31