Rafiq Hüseynov Avropa Oyunlarında Azərbaycana ilk gümüş medalı qazandırıb

Rafiq Hüseynov Avropa Oyunlarında komandamıza ilk gümüş medalı qazandırıb.

Apasport.az saytının məlumatına görə, ilk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirib. Avropa çempionatı və Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirib.

Hüseynov ilk hissədəcə cütün taleyinə aydınlıq gətirib. Təmiz qələbə sayəsində 1/4 finala yüksələn Rafiq ikinci qarşılaşmasında bolqarıstanlı Daniel Aleksandrovla qarşılaşıb.

O, bu görüşün də taleyini vaxtından əvvəl həll edib. İlk hissədə 10:0 hesabı ilə qalib gələn Rafiq yarımfinala vəsiqə qazanıb.

Bu mərhələdə türkiyəli Selçuq Cebi ilə qarşılaşan Avropa çempionun yarışa tam hazır olduğunu bir daha sübuta yetirib və yenə də döyüşü vaxtından əvvəl aktivinə yazıb - 9:0.

Güləşçimiz finalda rusiyalı Yevgeni Salayevlə qarşılaşıb. Görüş 2:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Nəticədə Hüseynov Avropa Oyunlarında komandamıza ilk gümüş medalı qazandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31