Bakı 2015: Karateçilərimizin yarımfinal həyəcanı başlayır
13 İyun 2015 16:09 İdmanI Avropa Oyunlarında karate yarışları davam edir.
Publika.az xəbər verir ki, artıq bu gün seçmə mərhələnin birinci dövrəsi başa çatıb. Aralarında bir qadın, 3 kişi idmançımız olmaqla bir azdan yarımfinal mərhələlərinə start veriləcək.
Tatami üzərində kumite yarışları üzrə 50 kq çəkidə qadınların yarışına start veriləcək. Türkiyə təmsilçisi Özçelik Serap Ukrayna təmsilçisi Kryva Katerynanı sınağa çəkəcək. Bu cütlüyün qalibi finalda Avstriya təmsilçisi Plank Bettina və Fransa təmsilçisi Alexandra Recchia duelinin qalibi ilə qarşılaşacaq.
Daha sonra 55 kq çəkidə mübarizə aparan qadınların kumite yarışının yarımfinal mərhələsi davam edəcək. Həmyerlimiz İlahə Qasımova fransalı Emili Thouy ilə qarşılaşacaq. Bu cütlüyün qalibi finalda ispan təmsilçi Kristina Qarsia Ferrer və xorvatiyalı xanım idmançı Yelena Kovaçeviç mübarizəsindən qalib ayrılanla qarşılaşacaq.
Qadınların bugünki yekun yarımfinal mərhələsi 61 kq çəki ilə yekunlaşacaq. Qırmızı kəmərlə mübarizə aparan fransalı qadın idmançı Lusi İqnasiya xorvatiyalı xanım idmançı Ana Lenardı sınağa çəkəcək. Bu çəkidə digər qarşılaşma isə azarkeşlər üçün daha maraqlıdır. Belə ki, türkiyəli Çoban Mervə finala çıxmaq üçün sloveniyalı Tjasa Ristiki məğlub etməlidir.
Kişilər arasında Kumite -60 kq çəkidə yarımfinal mərhələsi isə böyük səbirsizliklə gözlənilir. Həmyerlimiz Firdovsi Fərzəliyev finalda yarışmaq üçün Makedoniya idmançısı Emil Pavlovu sınağa çəkəcək. Finalın digər adı isə italiyalı Luka Mareska ilə Serbiya idmançısı Marko Antik duelindən sonra aydınlaşacaq.
Kişilər arasında Kumite -67 kq çəkidə yarımfinal qarşılaşması da maraqla gözlənilir. Azərbaycanlı idmançı Niyazi Əliyev qızıl medalı qazanmaq üçün türkiyəli idmançı Burak Uyğuru məğlub etməlidir. Eyni çəkidə digər görüş isə fransalı Stiven Da Kosta ilə alman idmançı Rikardo Qieqler arasında baş tutacaq.
13:03
I Avrop Oyunlarında qadın karateçilərimizin mübarizəsi davam edir.
Publika.az xəbər verir ki, 61 kq çəkidə tatami üzərinə çıxan həmyerlimiz Fəridə Abıyeva Türkiyənin təmsilçisi Çoban Mərvə ilə qarşılaşıb. Gərgin keçən mübarizədə türkiyəli idmançı 2:1 hesabı ilə qalib gəlib.
75 kq çəkidə təmsilçimiz Rafael Ağayev Latviya təmsilçisi Ruslan Sadıqovla qarşılaşıb.
Döyüş həmyerlimizin üstünlüyü şəraitində keçib. 3:1 hesabı ilə mübarizədən qalib ayrılan Ağayev nəticədə 2 xal qazanaraq ümumi xallarının sayını 12-yə çatdırıb. Bununla da o, qrupda ikinciliyini möhkəmlədib.
Xatırladaq ki, 75 kq çəkidə qrupun lideri Türkiyə təmsilçisi Eltemur Ermandır.
12:26
67 kq çəkidə göy kəmərde döyüşən İspaniya təmsilçisi Manuel Rasero Ruizi qırmızı kəmərdə döyüşən Azərbaycan təmsilçisi Niyazi Əliyev məğlub etdi.
75 kq çəkidə mübarizə aparan digər Azərbaycan təmsilçisi Rafael Ağayev Rusiyadan olan rəqibi Nikulin Ilyanı aşkar üstünlüklə - 3:0 məğlub etdi. "Karatenin Maradonası" qızıla çox yaxındır.
11:10
Kişilər arasında ilk təmsilçimiz qalib gəldi. 60 kq çəkidə yarışan Firdovsi Fərzəliyev rəqibi, Qomez Qarsiya Matiesi məğlub etdi.
11:00
55 kq-da mübarizə aparan yığmamızın üzvü İlahə Qasımova birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. O, ikinci görüşündə də uğurlu seriyanı davam etdirib. Türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz bu dəfə 1:0 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib. Rəqib 1:0 hesabı ilə qalib gəldiyindən, Qasımova qrup ikincisi kimi mərhələ adlayıb.
50 kq-da ölkəmizin idman şərəfini qoruyan Nuranə Əliyeva ilk görüşdə avstriyalı Bettina Plankla münasibətinə aydınlıq gətirib. karateçimiz yuka xalı ilə uduzub - 0:1. O, növbəti 2 gürüşündə də ümidləri doğrultmayıb və qrup sonuncusu kimi vaxtından əvvəl Oyunlarla vidalaşıb.
10:23
Bakı 2015 Avropa Oyunlarında karate idman növündə də yarışlar başlayır.
Publika.az xəbər verir ki, "Kristal Zal"da təşkil ediləcək ilk yarış günündə 6 dəst medal öz sahibini tapacaq. Kumite növü üzrə baş tutacaq çəki dərəcələrinin hamısında Azərbaycan təmsil olunacaq.
Kumite
Kişilər
60 kq
A qrupu
Bu çəkidə tatamiyə çıxacaq Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gələcək. Onun növbəti görüşlərdə rəqibləri albaniyalı Halil Marqeşi və italiyalı Luka Mareska olacaq.
67 kq
A qrupu
Komandamızın medal ümidlərindən olan Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verəcək. Həmyerlimizin yer aldığı qrupda Stevan Da Kosta (Fransa) və ispaniyalı Manuel Rosero Ruis də növbəti mərhələyə vəsiqə uğrunda gücünü yoxlayacaq.
75 kq
A qrupu
Yığmamızın lideri Rafael Ağayev də bu gün mübarizəyə qoşulacaq. Dünya və Avropa çempionumuz debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gələcək. İkinci qarşılaşmasında Erman Eltemuru (Türkiyə) sınağa çəkəcək həmyerlimiz qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirəcək.
Qadınlar
50 kq
A qrupu
Bu növdə ölkəmizin idman şərəfini Nuranə Əliyeva A qrupunda yer alıb. O, ilk görüşdə avstriyalı Bettina Plankla münasibətinə aydınlıq gətirəcək. Həmyerlimiz ardınca müvafiq olaraq, türkiyəli Serap Özçelik və xorvatiyalı Monika Beruleçlə üz-üzə gələcək.
55 kq
B qrupu
Yığmamızın üzvü İlahə Qasımov birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirəcək. İkinci görüşündə türkiyəli Tuba Yakanla qarşılaşacaq həmyerlimiz qrupda son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirəcək.
61 kq
B qrupu
Millimizin karateçisi Fəridə Abıyevanın Avropa Oyunlarında debütü slovakiyalı İnqrida Suşankova görüşə təsadüf edəcək. 20 yaşlı həmyerlimiz daha sonra Ana Lenard (Xorvatiya) və Merve Çobanla (Türkiyə) münasibətinə aydınlıq gətirəcək.