Açılış mərasimi neçəyə başa gəldi?

Gənclər və idman naziri Azad Rəhimov ilkin rəqəmləri açıqlad

"Bakı 2015-in Açılış Mərasimi təxminən 100 mln manata başa gəlib". 

ANS PRESS-in məlumatına görə, bunu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bəzi səs avadanlıqları icarəyə götürülüb və bunlar sonradan geri qaytarılacaq. 

"Ümumilikdə deyə bilərəm ki, Avropa Oyunları ilə bağlı yekun rəqəmləri yarışlar bitdikdən sonra tam açıqlayacağıq".

Xatırladaq ki, ötən gün baş tutan açılış mərasimi bütün dünyanı heyran edib. Mərasimdə işıq effektləri, şou, dünya şöhrətli Ledi Qaqanın çıxışı, rəqqasların ifaları maraqlı anlar yaşadıb. 

I Avropa Oyunlarının bağlanış mərasimi iyunun 28-də olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31