Mehriban Əliyeva: Avropa Oyunları müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir
13 İyun 2015 00:05 İdman"Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Oyunlarının atletləri, xanımlar və cənablar, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmişsiniz, Avropa Oyunlarına xoş gəlmişsiniz! Birinci Avropa Oyunlarının açılışı münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm!"Trend-in məlumatına görə, bunu Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.M.Əliyeva bildirib ki, bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir.Birinci xanımın sözlərinə görə, müstəqillik illərində əldə etdiyimiz uğur və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya Hərəkatının tarixində yeni səhifə yazılır: "Bu səhifəni biz yazırıq. Bu səhifəni Azərbaycan xalqı yazır".