Ledi Qaqa I Avropa Oyunlarının rəsmi açılış mərasimində mahnı ifa edib - YENİLƏNİB
12 İyun 2015 23:24 İdman
Bakı. Ramiz Mikayıloğlu - APA. "Bakı-2015" I Avropa Oyunları ilə əlaqədar Bakıya gələn məşhur amerikalı şou-biznes ulduzu Ledi Qaqa səhnəyə çıxıb.
APA-nın məlumatına görə, sənətçi piano arxasında əyləşərək, "İmagine" ("Xəyal et") mahnısını ifa edib.
Sözləri Con Lennonun (John Lennon) klassik pop mahnısına aid olan musiqi parçası dinləyiciləri dünyanı sülh içərisində, sərhədsiz təsəvvür etməyə səsləyir.
Tamaşaçılar ifanı alqışlarla qarşılayıblar.
Bakı. Ramiz Mikayıloğlu - APA. Məşhur amerikalı şou-biznes ulduzu Ledi Qaqa "Bakı-2015" I Avropa Oyunları ilə əlaqədar Bakıya gəlib.
APA-nın məlumatına görə, sənətçi Avropa Oyunlarının rəsmi açılış mərasimində mahnı ifa edəcək
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31