“Bakı-2015” I Avropa Oyunlarının açılış mərasiminin bədii hissəsi başlayıb
12 İyun 2015 22:10 İdmanAzərbaycan paytaxtında - 68 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunda "Bakı-2015" I Avropa Oyunlarının rəsmi açılış mərasiminin bədii hissəsi başlayıb.APA-nın məlumatına görə, açılış mərasiminin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmovadır.Aparıcılar tamaşaçıları salamlayıblar. Mərasim "Natiq" ritm qrupu və müğənni Elnur Hüseynovun mahnılar ifa etməsi ilə başlayıb. Daha sonra M. Dadaşovun təklifi ilə stadionda Meksika dalğası yaşanıb. "Sarı gəlin" mahnısının sədaları altında rəqqaslar rəqs ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31