Rusiyadan II Avropa Oyunları ilə bağlı açıqlama

Rusiya 2019-cu ildə II Avropa Oyunlarının keçirilməsi məsələsini nəzərdən keçirmir

Bu barədə Trend-ə Rusiyanın idman naziri Vitali Mutko deyib.

O bildirib ki, buna səbəb 2021-ci ilədək təqvimlərinin sıx və gərgin olmasıdır: "Bildiyiniz kimi, Konfederasiyalar kuboku və futbol üzrə dünya çempionatına ciddi hazırlıq gedir, buna görə hələlik II Avropa Oyunlarının keçirilməsi məsələsinə baxmırıq".

Bakıda keçirilən I Avropa Oyunları barədə danışan V.Mutko yarışların yüksək səviyyədə keçəcəyinə əmin olduğunu dilə gətirib: "Hazırlıq yüksək səviyyədədir. İdman obyektləri, yerləşmə məkanları və digər infrastrukturların hamısı peşəkarcasına, ən əsası isə ürəklə həyata keçirilib. Əminəm ki, Oyunlar ən yüksək səviyyədə keçiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31