Ronaldinyo Türkiyə çempionatında

Braziliyalı ulduz futbolçu artıq Türkiyənin "Antalyaspor" klubu ilə razılığa gəlib. Braziliyanın ulduz futbolçusu Ronaldinyo Türkiyə çempionatında top qovacaq. ANS PRESS-in məlumatına görə, Ronaldinyo artıq Türkiyənin "Antalyaspor" klubu ilə razılığa gəlib. Türkiyənin "fotomaç" qəzeti bildirir ki, Ronaldinyo artıq bütün məsələlərdə klubla razılaşıb və ayın 17-si müqavilə imzalamaq üçün Türkiyəyə gələcək. Meksikanın "Quereatro" klubundan ayrılan Ronini bundan əvvəl Türkiyənin köklü klublarından olan "Beşiktaş" da heyətinə qatmaq istəyirdi. Ancaq son anda futbolçunun meneceri və qardaşı olan Roberto Assis fikrindən daşınmışdı.

Qeyd edək ki, futbolçunun transferində Antalya böyükşəhər bələdiyyəsi sədri Menderes Türel də xüsusi rol oynacaq. Türel futbolçunun transferi ilə bağlı maddi köməklik göstəriləcəyini söyləyib. Bununla da "Antalyaspor"un yeni meydançasına superstar gətirmək xülyası gerçəkləşmiş olacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31