Məşqçi Yatçenko azərbaycanlı idmançılara güvənir

Triatlon sınaq yarışından

Sergey Yatçenko oğlundan da yüksək nəticə gözləyir

Azərbaycan triatlon komandasının baş məşqçisi Sergey Yatçenko idmançıları Avropa Oyunlarının açdığı imkanlardan yararlanmağa çağırır. Yatçenko ilk Avropa Oyunlarında Azərbaycanın medal qazanacağına ümidlidir. Onun rəhbərlik etdiyi komandada özü oğlu Aleksandr və Rostislav Pevtsov kimi güclü idmançılar yer alır. Gənclik illərində keçmiş SSRİ yığmasında yarışan Yatçenko qeyd edib:

Bu, Azərbaycanlı triatlonçulara rəqiblərinə öz gücünü göstərməsi üçün unikal bir şansdır. Biz həm Rostislav, həm də Aleksandrdan yüksək nəticələr gözləyirik.
-Sergey Yatçenko

Lakin yarışın nəticəsi oyunun taktikasından, digər idmançıların hansı səvyyədə çıxış edəcəyindən və başqa amillərdən də asılıdır. Məşqçisi reytinq cədvəlində 9-cu sırada qərarlaşan Rostislavın ən yüksək nəticə göstərəcəyinə inanır. O, ötən il Macarıstanda keçirilmiş ITU üzrə Dünya Kuboku yarışlarında ikinci olub. 2014-cü ildə Hollandiyada keçirilmiş Avropa Çempionatındakı estafet yarışında isə Azərbaycanın birincilik qazanmasına kömək edib. Məşqçi Yatçenko digər komandalardan portuqaliyalı idmançı Joao Silva və Joao Pereyra, ispaniyalı Fernando Alarza, rusiyalı Aleksandr Bryuxankov və Dmitri Polyanskini öz idmançıları üçün əsas rəqib hesab edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31