Larisa Kapustina: "Növbəti çıxışlarımızda daha yaxşı nəticə göstərməyə çalışacağıq"

"İdmançılarımızın belə mötəbər turnirdə ilk yarışlarıdır. Gəncdirlər. Ona görə xalımız az oldu". SİA-nın məlumatına görə, bu sözləri "Bakı-2015" I Avropa Oyunlarının sinxron üzgüçülük yarışlarında (duet) çıxış edən milli komandamızın baş məşqçisi Larisa Kapustina deyib. O, doğma divarlar arasında çıxış etməyin ikiqat məsuliyyətli olduğunu qeyd edib: "Tatyana Nikitina və Yekaterina Valiulina çox məqsədyönlü, əməksevər və böyük potensiala malik olan gənclərdir. Növbəti çıxışlarımızda daha yaxşı nəticə göstərməyə çalışacağıq". Xatırladaq ki, bu gün "Bakı-2015"də sinxron üzgüçülərimiz duet yarışlarına 10-cu sırada qoşulublar və 71,4333 bal toplayıblar. Bu nəticə ilə onlar 18-ci yerdə qərarlaşıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31