Birinci Avropa Oyunlarında su polosu üzrə qadınların ilkin yarış mərhələsi başlayıb
12 İyun 2015 13:16 İdmanBirinci Avropa Oyunlarında su polosu üzrə qadınların ilkin yarış mərhələsinə start verilib.Trend-in məlumatına görə, bu gün keçiriləcək digər yarışlardan fərqli olaraq, su polosu yeganə idman növüdür ki, burada ilkin yarış mərhələsinin 1-ci raundunda 12 qadın komandası yarışacaq. Qadınlar Voterpol Arenasında mübarizəyə başlayacaq.İlk Avropa Oyunlarında su polosu üzrə yarış 17 yaşlı idmançılar arasında Avropa Çempionatından daha mötəbər olduğuna görə, Bakıda qızıl medala sahib olmaq gənc idmançılar üçün böyük stimul yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31