FİFA İcraiyyə Komitəsinin növbədənkənar iclasının tarixi bəlli oldu

FİFA İcraiyyə Komitəsinin növbədənkənar iclası iyunun 20-də keçiriləcək. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumat təşkilatın saytında  dərc olunub.

Məlumata görə, iclasda FİFA-nın yeni prezidentini seçəcək konqresin tarixi müəyyən ediləcək.

Xatırladaq ki, mayın 27-də Sürixdə korrupsiya qalmaqalı ilə bağlı FİFA-nın bir neçə yüksək vəzifəli məmuru həbs edilib.

İyunun 2-də FİFA prezidenti Yozef Blatter vəzifəsindən istefa verib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31