Monako Şahzadəsi ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək
II Albert tədbirdə iştirak etmək məqsədilə bu gecə Azərbaycana gəlib
12 İyun 2015 09:02 İdmanDaha bir ölkənin nümayəndəsi ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə gəlib. ANS PRESS-in məlumatına görə, Monako Knyazlığının Şahzadəsi II Albert ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Şahzadə II Alberti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31