Avropa Parlamenti Blatteri vəzifəsini dərhal tərk etməyə çağırdı
11 İyun 2015 19:20 İdmanAvropa Parlamenti FIFA prezidenti Yozef Blatteri səlahiyyətlərini onları müvəqqəti icra edəcək şəxsə həvalə etməklə vəzifəsini dərhal tərk etməyə çağırıb. Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bu barədə AFP agentliyi xəbər yayıb. Bu gün parlametin Strasburqda keçirilən sessiyasında müvafiq qətnamənin lehinə səs verilib. Ötən gün qətnamə layihəsi bütün Avropa Parlamenti fraksiyaları tərəfindən imzalanıb, bu gün isə assambleya tərəfindən təsdiqlənib. Qətnamədə FIFA rəhbərinin vəzifələrini icra edən şəxsin təyini barədə təklif və 2018 və 2022-ci illərdə dünya çempionatının keçirilməsi ilə bağlı ərizələri araşdırmaq məsələləri yer alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31