FIFA DÇ-2018-in Rusiyadan Qətərə keçirilməsi barədə məlumatı təkzib etdi

FIFA 2018-ci il futbol üzrə dünya çempionatının Rusiyadan Qətərə keçirilməsi imkanını nəzərdən keçirmir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə FIFA-nın mətbuat xidmətindən deyiblər.

Qeyd edək ki, daha əvvəl xarici KİV-də yayılmış məlumatda bildirilirdi ki, FIFA Ukraynada münaqişənin gərginləşməsi halında mundialı Rusiyadan Qətərə keçirə bilər. FIFA-dan bildiriblər ki, bu məlumat həqiqəti əks etdirmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31