Baku 2015 jurnalistləri salamladı (FOTO)
Media Kəndində yerli və əcnəbi jurnalistlər üçün parti təşkil olunub
11 İyun 2015 11:34 İdmanI Avropa Oyunlarına bir gün qaldı. Ötən gün "Baku 2015" media mərkəzində jurnalistləri salamlama tədbiri keçirilib.Tədbirdə yerli jurnalistlərlə yanaşı, xarici ölkələrdən olan qonaqlar da iştirak ediblər. ANS PRESS-in məlumatına görə, jurnalistləri birinci salamalamanı "Bakı-2015" Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru Ceyn Pirs edərək, onlara uğurlar arzulayıb.Daha sonra yerli və əcnəbi jurnalistlərə canlı musiqi fonunda ziyafət təşkil olunub. Tədbirə ifaçı kimi dəvət alan Nurlan Növrəslinin "Sarı gəlin" kompozisiyasını dəvətlilərlə birgə oxuması və daha sonra jurnalistlərin milli rəqs, yallı oynamaları xarici meddianın diqqət mərkəzinə oldu.Gecədə maraqlı məqamlardan biri xarici jurnalistlərin Azərbaycan rəqsləri oynamaları oldu.Qeyd edək ki, saat 20:00-dan 22:00-a kimi gedən tədbirdə 800-ə yaxın yerli və əcnəbi jurnalistlər iştrak edib.