Avro-2016-nın ilk bileti Fransua Ollanda verildi
10 İyun 2015 18:25 İdmanUEFA prezidenti Mişel Platini 2016-cı il futbol üzrə Avropa çempionatının final mərhələsinin açılış oyununa ilk bileti Fransua Ollanda təqdim edib. Bu barədəTrend "İnterfaks" agentliyinə istinadən xəbər verir. Azarkeşlər 2015-ci il iyunun 10-dan iyulun 10-dək UEFA-nın saytından Avro-2016-nın oyunlarına bilet sifariş edə bilərlər. Xatırladaq ki, turnirin Təşkilat Komitəsi may ayında bilet proqramını təqdim edib. Proqrama əsasən, turnirin mərhələsindən və yerin kateqoriyasından asılı olaraq oyunların qiyməti 25-895 avro arasında dəyişəcək. Ümumilikdə 1,8 milyon bilet - 800 min iştirakçı ölkələr, 1 milyon isə digər ölkələrin azarkeşləri üçün - satışa çıxarılacaq. 1 nəfər 1 oyuna maksimum 4 bilet əldə edə və hər oyun günündə yalnız 1 matçda iştirak edə bilər.