Bakida Dünya Güləş Birliyi Avropa Şurasının növbəti illik toplantısı keçiriləcək

Birinci Avropa Oyunları ərəfəsində Azərbaycanda daha bir mötəbər tədbir baş tutacaq. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycan Güləş Federasiyasından daxil olub. Bildirilib ki, Birinci Avropa Oyunlarının rəsmi açılışından bir gün əvvəl, iyunun 11-də Bakıda Dünya Güləş Birliyi Avropa Şurasının növbəti illik toplantısı keçiriləcək. Toplantıda bir sıra cari məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul olunacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31