Yozef Blatterin xələfi kim olacaq?
10 İyun 2015 12:40 İdmanFİFA prezidentliyinə növbədəkənar seçkinin vaxtı məlum olub. Trend-in BBC-yə istinadən yaydığı xəbərə görə, bu tədbir 2016-cl ilin dekabrın 16-da İsveçrənin Sürix şəhərində keçiriləcək. Səsvermədə FİFA üzvü olan 209 federasiyanın rəhbəri iştirak edəcək.
Qeyd edək ki, məlum korrupsiya qalmaqalından sonra FİFA-nın hazırkı prezidenti Yozef Blatter vəzifəsindən istefa verib. O, quruma yeni rəhbər seçilənə qədər vəzifəsini icra edəcək. Hələlik qarşıdakı seçkidə İordaniya şahzadəsi Əli bin Əl-Hüsseyn iştirak edəcəyini açıqlayıb. O, ötən ay baş tutan seçkidə Blatterin rəqibi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31