Polşa voleybolçuları almanları üç dəfə məğlub etdi

Məşqçi Jasek Navroçki Bakı 2015 üçün hazırlıq görüşlərini səmərəli adlandırıb

Polşalı qadınlar Bakı 2015 ərəfəsində voleybol üzrə hazırlıq görüşündə keçirilən hər üç oyunda Almaniya komandasını məğlub edib. Bakı 2015-də yarışacaq komandaların hazırlıq məşqlərində Polşa komandası hər üç görüşdə Almaniyaya qalib gəlib. A Qrupunda mübarizə aparan Polşa ilk iki yoldaşlıq oyununda 3-1 hesabı ilə önə keçib. Sonuncu oyunu isə 4-1 hesablı qələbə ilə başa vurub. Hazırlıq görüşləri Almaniyada keçirilib. Almaniya B Qrupunda Rusiya, Serbiya, Niderland, Xorvatiya və Bolqarıstan ilə mübarizə aparır. Polşa komandasının məşqçisi Jasek Navroçki Polşa Voleybol Federasiyasının rəsmi saytına verdiyi müsahibədə bildirib ki, bu hazırlıq oyunlarının səmərəsi böyükdür:

Almaniyada olmağımdan çox şadam. Biz çox güclü rəqibə qarşı mübarizə apardıq. Yarışdakı oyunçuların səviyyəsinə çatmaq çox ruhlandırıcı idi. Bu, bizim üçün çox dəyərli və səmərəli bir vaxt idi.
-Jasek Navroçki

Bu arada, Bolqarıstanın kişilərdən ibarət voleybol komandası Bakı 2015 ərəfəsində Əlcəzairlə keçirilən hazırlıq oyunlarının hər iki yoldaşlıq görüşündə qalib gəlib. B Qrupunda Rusiya, İtaliya, Almaniya, Belçika və Slovakiya ilə mübarizə aparan Bolqarıstan Afrika ölkəsini 3-0 və 3-2 hesabı ilə məğlub edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31