Qalib idmançılarımıza daha 50 min

Avropa Oyunlarında birinci yeri tutmuş idmançının məşqçisinə 25 min manat veriləcək

Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam verib.ANS PRESS-in məlumatına görə, sərəncam Azərbaycan Respublikası idmançılarını və onların məşqçilərini Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə verilib.Sərəncamda qeyd edilir ki, I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

-birinci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

-ikinci yeri tutmuş hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

-üçüncü yeri tutmuş hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

Komanda idman növlərində göstərilmiş ən yüksək nəticələrə görə mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:

-birinci yeri tutmuş komandanın hər bir üzvünə 15 min manat;

-ikinci yeri tutmuş komandanın hər bir üzvünə 10 min manat;

-üçüncü yeri tutmuş komandanın hər bir üzvünə 5 min manat.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31