Bakı-2015-də birinci olan idmançılar 100 min alacaq

İlham Əliyev Avropa Oyunlarında yüksək nəticə qazanacaq idmançıları belə mükafatlandıracaq

Bakı şəhərində keçirilən I Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları və məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyənləşib.

Azərbaycan prezidenti İlham Əliyevin bu barədə verdiyi sərəncamına əsasən I Avropa Oyunlarında ən yüksək nəticələr qazanacaq idmançılar belə mükafatlandırılacaq:

- birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;

Milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər

- komanda idman növlərində komanda üzvlərinə (əsas heyət) və məşqçilərə (baş məşqçi və köməkçi):

- birinci yeri tutan hər bir komanda üzvünə 30 min manat, komandanın məşqçilərinin hər birinə 15 min manat;

- ikinci yeri tutan hər bir komanda üzvünə 20 min manat, komandanın məşqçilərinin hər birinə 10 min manat;

- üçüncü yeri tutan hər bir komanda üzvünə 10 min manat, komandanın məşqçilərinin hər birinə 5 min manat.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31