"Qəbələ" turnirin qalibi oldu

"Qəbələ"nin 16 yaşadək futbolçulardan ibarət komandası Qazaxıstanda keçirilən beynəlxalq turnirdə 3-cü - sonuncu oyununu keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" həlledici görüşdə Qırğızıstanın "Abdış-Ata" kollektivi ilə qarşılaşıb. İlk iki oyunda böyükhesablı qələbələr qazanan ("Kayrat" 4:1, Almatı şəhər yığması 5:0) Famil Xəlilovun yetirmələri bu dəfə də meydandan 3 xalla ayrılıblar. "Qəbələ" sözügedən qarşılaşmada minimal hesabla qalib gəlib. Elvin İmanlı komandaya qələbə qazandıran yeganə qola imza atıb. Bu nəticə ilə 3 oyunda maksimum - 9 xal qazanan Qəbələ təmsilçisi turnirin qalibi adına sahib olub. Turnirdə ən çox - 5 qola imza atan Elvin İmanlı "ən sərrast futbolçu", qapıda inamlı oyunu ilə seçilən Sərxan Osmanov isə "ən yaxşı qapıçı" adına layiq görülüb və diplomla təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31