Robert Prosineçki: “Birinci Avropa Oyunlarının keçirilməsi üçün hər cür şərait yaradılıb”

"Azərbaycanda belə bir böyük yarışmanın keçirilməsi təqdirəlayiqdir". APA-nın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bildirib. Birinci Avropa Oyunlarının ilk dəfə keçirildiyini qeyd edən baş məşqçinin sözlərinə görə, burada qitənin 6 minədək idmançısı qüvvəsini sınayacaq: "Artıq bununla bağlı Azərbaycanla görülən işlər yekunlaşıb, yarışların keçirilməsi üçün hər cür şərait yaradılıb. Şəxsən mən bu yarışları yaxından izləmək niyyətindəyəm. İnanıram ki, Birinci Avropa Oyunlarını izləyən, böyük tədbirdə iştirak edən hər kəs Azərbaycandan və yarış həyəcanından zövq alacaq".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31