Avropa Oyunlarının məşəli velosiped obyektlərində olub

Bakı-2015 ilk Avropa Oyunlarının məşəli paytaxt ərazisində səyahətini davam etdirir. Oyunların simvolu bu gün velosiped yarışlarının keçiriləcəyi idman obyektlərində olub. Dan yeri sökülərkən məşəl BMX üzrə yarışların keçiriləcəyi Velopark ərazisinə gətirilib. Alovu "Nə? Harada? Necə?" intellektual oyununun Azərbaycan üzrə baş prodüsseri Balaş Qasımov qəbul edib. Dağ Velosipedi parkında isə məşəldar rolunda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edib. O, yarışların keçiriləcəyi marşrut boyunca alovla hərəkət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31