Ərtoğrul Sağlam "Bursaspor"a baş məşqçi təyin edildi
8 İyun 2015 13:38 İdmanTürkiyə superliqa təmsilçisi "Bursaspor"un yeni baş məşqçisi müəyyənləşib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Şenol Güneşin istefasından sonra boş qalmış bu vəzifəyə Ərtoğrul Sağlam gətirilib. Onunla üç illik müqavilə imzalanıb. İyunun 15-i yeni baş məşqçinin ictimaiyyətə təqdim ediləcəyi bildirilib.
Qeyd edək ki, E.Sağlamın son iş yeri "Eskişehirspor" olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31