Bundesliqanın ən yaxşıları müəyyənləşdi
8 İyun 2015 13:33 İdmanAlmaniya bundesliqasında 2014/2015 mövsümünün ən yaxşıları müəyyənləşib. Qol.Az-ın "Kicker" dərgisinə istinadən yaydığı xəbərə görə, bundesliqada oynayan futbolçular arasımda keçirilən sorğuya əsasən, "Volfsburq"un yarımmüdafiəçisi Kevin de Breyne mövsümün ən yaxşı oyunçusu seçilib. O, səslərin 52,5 faizini toplayıb. Belçikalı futbolçu başa çatan mövsümdə oynadığı 34 matçda 10 qol vurub, 21 qolun ötürməsini verib. Mövsümün ən yaxşı baş məşqçisi isə Münhenqladbax "Borussiya"sının çalışdırıcısı Lyüsen Favr seçilib. Favrın komandası bundesliqanın bürünc mükafatçısı olub və Çempionlar Liqasına vəsiqə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31