“Gettyimages” saytında Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə bağlı fotossesiya yerləşdirilib

Dünyaca məşhur "Gettyimages" saytında Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı fotossesiya yerləşdirilib. APA-nın sayta istinadən verdiyi məlumata görə, fotosessiyanın müəllifi Böyük britaniyalı fotomüxbir Riçard Hiskotdur. Fotoqraf Bakıda Məşəl fəvvarəsi, Beynəlxalq Gimnastika Arenası, Şirvanşahlar Sarayı, Azneft meydanındakı geriyə sayım saatının müxtəlif istiqamətlərdən şəkillərini çəkib. Fotosessiyada eyni zamanda İçərişəhərin müxtəlif yerləri, eləcə də oyunların atributları ilə bəzədilmiş şəhər görüntüləri də yer alır.

Qeyd edək ki, "gettyimages.com" dünyanın məşhur fotoqraflarını bir araya gətirən saytdır. Richard Hiskot isə Böyük Britaniyanın televiziya və sənədli filmləri üçün şəkillər çəkən peşəkar fotomüxbirdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31