“Barselona”-dan 5-ci qələbə

Çempionlar Liqasının ən yaxşı oyunçusu isə İnyesta elan edilib

Çempionlar liqasında "Yuventus" "Barselona"ya uduzdu.

ANS PRESS-in məlumatına görə, görüş 1:3 hesabı ilə bitib.

4-cü dəqiqədə İb\van Rikitiç İnyestanın ötürməsindən sonra 7 metrlik məsafədən topu qapıdan keçirdi. Xorvatlının qolu kataloniya klubunun final turnirində 2 dəqiqə 23-cü saniyəsi ilə ən tezi o9lub. 55-ci dəqiqədə Alvaro Morata Karlos Tevesanın alınmayan zərbəsindən sonra topu qapıdan keçirərək hesabı bərabərləşdirib. 68-ci dəqiqədə Luis Suares Lionel Messinin vurduğu topu saxlamaq üçün müdafiəçiləri keçərək qol vurur. 97-ci dəqiqədə isə Neymar Pedronun ötürməsini qəbul edərək, oyunda son qolu vurur və bununlada kataloniyalılar 5-ci dəfə Çempionlar Liqasının qalibi olurlar.

Qeyd edək ki, Çempionlar Liqasının "ən"ləri də müəyyənləşib. Beləki, "Barselona" FK-dan Neymar, Leonel Messi və "Real" FK-dan Kriştianu Ronaldu, hərəsi 10 qol vurmaqla bu turnirin ən yaxşı hücumçuları elan edilib.

Çempionlar Liqasının ən yaxşı oyunçusu isə İnyesta elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31