"Yuventus" Berlinə 22 futbolçu ilə
5 İyun 2015 20:00 İdman"Yuventus"un Çempionlar Liqasının finalında "Barselona" ilə oyun üçün heyəti açıqlanıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Turin təmsilçisi Berlinə 22 futbolçu ilə gedib. Corco Kyellinin zədə səbəbindən finalda oynamayacağı əvvəldən məlum olsa da, o da dəstək üçün komanda ilə birlikdə olacaq.
"Yuventus"un heyəti aşağıda qeyd olunan kimidir:
Qapıçılar: Buffon, Storari, Rubinyo
Müdafiəçilər: Bonuççu, Lixştayner, Evra, Oqbonna, Barzaqli, De Çelye
Yarımmüdafiəçilər: Pereyra, Markizio, Vidal, Poqba, Padoin, Pirlo, Koman, Pepe, Sturaro
Hücumçular: Llorente, Teves, Morata, Matri
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31