UEFA-dan hakimlərimizə yeni təyinat

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda iyunun 15-də keçiriləcək Monteneqro - Moldova oyununu FİFA referisi Orxan Məmmədov idarə edəcək. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, onun köməkçiləri Mehman Mahmudov və Yaşar Abbasov olacaq. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31