Muarem Muarem rəsmən "Eskişehirspor"da

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muaremin Türkiyənin "Eskişehirspor" klubuna keçidi rəsmiləşib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, makedoniyalı oyunçu ilə üç illik müqavilə imzalanıb. O, yeni klubunda 10 nömrəli forma ilə çıxış edəcək. İmzalanma mərasimindən sonra M.Muarem bildirib: "Bu transferin gerçəkləşməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Burada yaxşı işlər görmək istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31