Hakimlərimiz AÇ-nin seçmə mərhələsinə təyinat alıblar

Hakimlərimiz Avropa çempionatının (AÇ) seçmə mərhələsinə təyinat alıblar. Trend-in məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda iyunun 15-də keçiriləcək Monteneqro - Moldova oyununu FIFA referisı Orxan Məmmədov idarə edəcək. Onun köməkçiləri Mehman Mahmudov və Yaşar Abbasov olacaq. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31