Rumıniya I Avropa Oyunlarına 147 idmançı ilə gəlir
5 İyun 2015 12:17 İdmanRumıniya Bakıda keçiriləcək I Avropa Oyunlarında 147 idmançı ilə təmsil olunacaq. APA-nın "agerpres.ro" saytına istinadən məlumatına görə, Rumıniya Olimpiya və İdman Komitəsinin İcraiyyə Komitəsi ötən gün milli komandanın tərkibini təsdiq edib. Bunlardan 83-ü kişi və 64-ü qadındı. Onlar 22 növdə mübarizə aparacaqlar. Rumıniya nümayəndə heyətinin rəhbəri Aleksandru Epuran olacaq. Florin Gurbanesku isə onun müavini vəzifəsini icra edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31