Rusiya Federasiyası Olimpiya Komitəsinin prezidenti: “Bakıda keçiriləcək I Avropa Oyunları dünya idman tarixində yeni səhifə açacaq”

12-28 iyunda Bakıda keçiriləcək I Avropa Oyunları dünya idman tarixində yeni səhifə açacaq. Trend-in "runews24" Rusiya informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.Rusiya milli komandasının 1-ci qrupu iyunun 9-da Bakıya gələcək. A.Jukov qeyd edib ki, I Avropa Oyunlarında əksər idman növlərində, ilk növbədə isə Rioda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə verəcək növlərdə Rusiya tərəfindən dünyanın ən güclü idmançıları çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31