Bütün idmançılar haqda məlumat rəsmi veb-saytda!
Bakı 2015-in idmançıları
4 İyun 2015 17:16 İdmanİdmançılar haqda ətraflı məlumat az.baku2015.com saytı və rəsmi tətbiqetmədə!
Altı min idmançı barəsində ətraflı məlumat Bakı 2015-in rəsmi saytı və mobil tətbiqetməsinə yerləşdirilib
Birinci Avropa Oyunlarında iştirak edəcək 6 min idmançının bioqrafiyası Bakı 2015-in rəsmi saytı və mobil tətbiqetməsinə əlavə edilib.
Bu məlumatları rəsmi mobil tətbiqetməyə və ya az.baku2015.com saytının menyusunda yerləşdirilmiş "İdmançılar" bölməsinə daxil olmaqla əldə edə bilərsiniz.
Həmin səhifələrdə idmançının təcrübəsindən onun haqda olan statistik məlumata qədər müxtəlif mövzularda informasiyaya çıxış mümkün olacaq.
Burada idmançının ləqəbi, məşğuliyyəti və böyük yarışlarda qazandığı rekordlar barəsində də ətraflı məlumata yer verilib.
İdmançıların bioqrafiyalarına bu keçidə daxil olmaqla baxa bilərsiniz - www.az.baku2015.com/athletes/index.html
Bakı 2015-in rəsmi tətbiqetməsini aşağıdakı link vasitəsilə yükləyə bilərsiniz:
iOS
Android
Windows Phone