“”Qarabağ” layiq olduğu uğurları qazanır” – Şərhçi
4 İyun 2015 12:27 İdmanFutbol şərhçisi Sənan Şəfizadə "Qarabağ" və "Neftçi" kubları arasında keçirilmiş və birincinin qələbəsi ilə başa çatan oyuna münasibətini açıqlayıb. ""Neftçi" "Qarabağ"a qarşı layiqli müqavimət göstərə bilməsə də, final maraqlı alındı. "Ağ-qaralar" ya oyuna hazırlıqlı deyildi, ya da bacardıqları bu idi. Belə məğlubiyyətdən sonra baş məşqçi Arif Əsədovun və meydanda inamsız çıxış edən əksər futbolçuların yeni mövsümdə "Neftçi"də olacağına inanmıram. Finalın qalibi ölkənin ən güclü klubu oldu. Meydanda əzəmətli görünən "Qarabağ" layiq olduğu uğurları qazanmaqdadır. O ki, qaldı Reynaldoya, o sadəcə nömrə birdir"- deyə S. Şəfizadə qeyd edib. Xatırladaq ki, iyunun 3-də Azərbaycan Kubokunun finalında "Qarabağ" "Neftçi"ni məğlub edərək mövsüm ərzində "qızıl bubl"a imza atıb. Oyundan dərhal sonra isə məğlub komandanın baş məşqçisi Arif Əsədov istefaya göndərilib. ("OLAYLAR İA")