"Xəzər Lənkəran"ın futbolçusu "Sumqayıt"da

"Sumqayıt" klubu 2015/2016 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Məhəmməd Alıyev və Nuran Qurbanovun ardından daha bir futbolçunu heyətinə qatıb. Ötən mövsümü "Xəzər Lənkəran"da keçirən Ağabala Ramazanov növbəti mövsümdən "Sumqayıt"ın şərəfini qoruyacaq. 22 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31