"Elçe" La Liqadan kənarlaşdırılır

İspaniya La Liqasında mübarizə aparan "Elçe" klubu aşağı liqaya göndəriləcək. Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, buna Valensiya təmsilçisinin borclarını ödəyə bilməməsi səbəb olub. Bu barədə rəsmi qərar sabah keçiriləcək məhkəmə prosesindən sonra qəbul olunacaq. "Elçe"nin maliyyə problemləri həll olunmasa, komanda yeni mövsümdən aşağı liqada mübarizə aparacaq.

Qeyd edək ki, "Elçe" ötən mövsüm La Liqanı 13-cü pillədə başa vurub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31