PSJ hücumçusu ilə müqaviləni yenilədi

Fransanın PSJ klubu Xavyer Pastorenin ardından daha bir futbolçusu ilə müqaviləni uzadıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın aparıcı futbolçularından olan Lukas Moura ilə yeni sözləşmə imzalanıb. Braziliyalı hücumçu 2017-ci ildə başa çatacaq müqaviləsini daha iki il artırıb.

Qeyd edək ki, L.Moura 2013-cü ildə "San Paulo"dan PSJ-yə transfer olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31