Qol güləşçilərimiz Avropa çempionatından qalib qayıdır
3 İyun 2015 16:39 İdmanBolqarıstanın paytaxtı Sofiya şəhərində qol güləşi idman növü üzrə Avropa çempionatına start verilib. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışın ilk günündə idmançılarımız 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Qızıl medalların sahibləri Qismət Vəkilov (21 yaşadək gənclər, 65 kq) və Təbriz Səfərov (21 yaşadək gənclər, 70 kq) olublar. Gümüş medalı 21 yaşadək gənclərin 55 kq çəki dərəcəsində mübarizə aparan İbrahimli Bəxtiyar qazanıb. Bürünc medalları isə Nemət Vəkilov (yeniyetmələr, 60 kq), Anar Mustafayev (yeniyetmələr, 50 kq), İbrahimov Müslümün (Qrand Master, 70 kq) payına düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31