“Prezident kuboku” turnirində yığmamızın oyunlarının təqvimi
3 İyun 2015 12:49 İdmanXəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 8-dən 20-ə qədər Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olacaq, 21-27 iyun tarixlərində isə Qazaxıstanın Astana şəhərində təşkil olunacaq "Prezident kuboku"turnirində iştirak edəcək. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Tbilisidəki toplanış ərzində yığmamızın iki yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. "Prezident kuboku" turnirində yığmamızın keçirəcəyi oyunların təqvimini diqqətinizə çatdırırıq:
22 iyun
Belarus - Azərbaycan
23 iyun
Rusiya-2 - Azərbaycan
25 iyun
Gürcüstan - Azərbaycan
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31