“Ghigliottina” “Bakı-2015”dən yazıb
3 İyun 2015 10:23 İdmanİtaliyanın "Ghigliottina" xəbər saytında yerləşdirilən "Avropa Oyunlarına geri sayım" sərlövhəli məqalədə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqların artıq yekunlaşmaq üzrə olduğu bildirilir.Yazıda "Bakı-2015"in baş əməliyyat direktoru Simon Kleqqin ilk Avropa Oyunları ilə bağlı fikirləri də yer alıb: "Qısa bir müddətdə - 30 ay ərzində bu tədbirin təşkili reallaşıb. Əslində bu miqyasda yarışların təşkili üçün ən azı 4 ilə ehtiyac olur. Biz əlimizdən gələni etdik və qısa vaxtda hər şeyi hazırlamağa çalışdıq. Əminəm ki, məqsədimizə nail olacağıq. Azərbaycanda bu yarışların yüksək səviyyədə təşkili üçün nəhəng infrastruktur yaradılıb. Çalışdığımız komanda sayəsində biz bu işlərin öhdəsindən gələ bildik."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31