FİFA-nın keçmiş vitse-prezidenti beynəlxalq axtarışa verildi
3 İyun 2015 10:17 İdmanİnterpol FİFA-nın keçmiş vitse-prezidenti Cek Uorner və Cənubi Amerika Futbol Konfederasiyasının keçmiş prezidenti Nikolas Leos barəsində beynəlxalq axtarış elan edib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, müvafiq məlumat təşkilatın saytında dərc edilib.
Məlumata görə, "pulların yuyulması", dələduzluq və pul tələb etməkdə (reket) ittiham olunan FİFA-nın keçmiş məmurları ABŞ hakimiyyəti tərəfindən axtarılır. Qeyd edək ki, ötən həftə FİFA-nın korrupsiyada ittiham olunan bir neçə yüksək vəzifəli məmuru Sürixdə həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31