Benites "Real"la müqavilə imzaladı
2 İyun 2015 20:00 İdman"Napoli"dən ayrılan Rafael Benites yeni mövsümdən "Real"ı çalışdıracaq. Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis Madrid klubu ilə üç illik müqavilə imzalayıb. Onun komandadakı qazancı da açıqlanıb. Benites "Real"da ilinə 4 milyon avro qazanacaq. 55 yaşlı mütəxəssis "Real"da mövsümün sonunda komandadan göndərilən Karlo Ançelottini əvəzləyəcək. O, "Real"ın baş məşqçisi kimi sabah ictimaiyyətə rəsmən təqdim olunacaq.
Qeyd edək ki, karyerası ərzində "Valensiya", "Liverpul" və "İnter" kimi klublarını çalışdıran Benitesin son komandası "Napoli" olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31