"Bakı-2015"də yarışacaq idmançılar Dünya Triatlon yarışında uğurlu çıxış ediblər

İspaniyalı Alarza 2015-ci ildə Beynəlxalq Triatlon Birliyinin Londonda keçirilmiş dünya çempionatında Alister Braunlindən sonra 2-ci yeri tutaraq bu mövsüm özünün ən yaxşı nəticəsini göstərib. SİA-nın məlumatına görə, finiş xəttinə Braunli 50 dəqiqə 39 saniyəyə, Alarza isə ondan 12 saniyə sonra çatıb. "Bakı-2015" I Avropa Oyunlarına hazırlaşan Alarza Beynəlxalq Triatlon Birliyinin bu il keçirilmiş 5 yarışının hamısında ilk 8 idmançı arasına daxil ola bilib. Əvvəlki illərdən fərqli olaraq, o, bu il Oklenddə 4-cü yeri tutub. Kişilər arasında keçirilən yarışda Bakıya gələcək Endrü Salvisberq 15-ci yerdə qərarlaşıb. İsçevli idmançı isə 13-cü nəticə göstərib. Salvisberq Keyptaun triatlonunda 21-ci, Yokohamada isə 39-cu yeri tutub. Qadınlar arasında yarışın qalibi amerikalı Qven Corcensen olub və bununla da o, 10-cu triatlon seriyası titulunu qazanıb. Aylen Reyd Amerika podiumunda 4-cü yerə yiyələnib. Belə ki, o, hər dəfə nəticələrinin yaxşı olmasına çalışır. Reyd Əbu Dabidə mövsümü 24-cü yerdə bitirdikdən sonra, Oklenddə 15-ci, "Gold Coast"da 7-ci, Yokohamada isə 6-cı olub. İdmançı sonuncu yarışda isə 4-cü olaraq, ən yaxşı nəticəsini əldə edib. Reyd indi bütün diqqətini "Bakı-2015" I Avropa Oyunlarına yönəldib. Qadınlar arasında triatlon yarışlarında "Bakı-2015"ə vəsiqə qazanan digər bir idmançı hollandiyalı Rakel Klamerdir. Holland idmançı "Gold Coast"da mövsümün ən yaxşı nəticəsini göstərərək 6-cı yeri özü üçün təmin edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31