Bakı-2015: “Açılış mərasimində stadion tam dolacaq”
2 İyun 2015 13:37 İdman"Artıq 50 xarici media nümayəndəsi Bakıdadı. Onlar Media Kəndində məskunlaşıblar və bu gündən hər bir mətbuat konfransına qatılacaqlar". Apasport.az saytının məlumatına görə, bu sözləri Bakı-2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib. Kleq yarışın başlanmasına 10 gün qalmış, Məşəlin Bakı marşrutunun açıqlanması ilə bağlı keçirilən tədbirdə danışıb. O bildirib ki, biletlərin satışı uğurla gedir: "Açılış mərasimində stadionun tam dolacağını demək olar. Hazırda bu mərasim üçün biletlərin 80 faizdən çoxu satılıb. Boks, güləş yarışlarının da keçiriləcəyi arenalarda satış yüksək səviyyədədi. Diger arenalarda da belə olacağına əminəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31