Futbolçumuzun komandası Bundesliqaya qalxa bilmədi

Növbəti mövsüm Almaniya Bundesliqasına vəsiqə qazanmaq uğrunda "Hamburq"la "pley-off" mərhələsinin cavab matçına çıxan "Karlsrue" evdə rəqibinə 1:2 hesabı ilə uduzub. Qol.Az-ın məlumatına görə, bu məğlubiyyətdən sonra millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu növbəti mövsüm Bundesliqada oynamaq şansını əldən verib.

Qeyd edək ki, start heyətində meydana çıxan D.Nazarov oyunu əvəzlənmədən keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31